Fransanın PSJ komandası futbolçusu Yoram Zaqı icarəyə verib.
19 yaşlı müdafiəçi Danimarkanın “Kopenhagen” klubuna keçib. O, növbəti ilin yayınadək paytaxt təmsilçisinin şərəfini qoruyacaq.
Fransanın U-19 komandasında da çıxış edən gənc oyunçu ötən mövsüm PSJ-nin heyətində 9 matçda iştirak edib.
Mənbə: unikal.az