Qırğızıstanın “Abdış-Ata” komandası azərbaycanlı futbolçu Mirabdulla Abbasovu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Mirabdulla Abbasov son olaraq "Səbail"də çıxış edib. "Neftçi"nin yetirməsi olan 30 yaşlı hücumçu "Sumqayıt"ın da formasını geyinib.
Mənbə: qafqazinfo.az