Mxitaryan Bakıya gəlmir - “Arsenal” rəsmi açıqladı

Mxitaryan Bakıya gəlmir - “Arsenal” rəsmi açıqladı

“Arsenal”ın rəsmi saytı erməni futbolçusu Henrik Mxitaryanın Bakıya gəlməyəcəyini açıqlayıb.

 

“Qafqazinfo” xəbər verir ki, London təmsilçisi bu qərarı onun ailəsi ilə müzakirədən sonra qərar verib:

 

“Mxitaryan və ailəsi ilə müzakirə apardıq. Onun Bakıya gəlməməsi haqqında qərar verdik”.

 

Qeyd edək ki, “Arsenal” Avropa Liqasının finalı çərçivəsində mayın 29-da Bakı Olimpiya Stadionunda “Çelsi” ilə qarşılaşacaq. Qarşılaşma saat 23:00-da start götürəcək.

 

 

 

Mənbə: qafqazinfo.az