Ronaldu karyerasının ən sürətli qol zərbəsini vurdu - VİDEO

Ronaldu karyerasının ən sürətli qol zərbəsini vurdu - VİDEO

“Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldunun A Seriyasının 29-cu turunda “Cenoa”nın qapısına vurduğu qol diqqət mərkəzinə düşüb.

Ojogo.pt xəbər verir ki, futbolçunun zərbəsinin sürəti saatda 105 kilometri keçib. Bu, portuqaliyalı futbolçunun karyerasında ən yaxşı göstəricisi hesab olunur.

Qeyd edək ki, qarşılaşma “Yuventus”un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə: www.oxu.az