Boks üzrə keçmiş dünya çempionu vəfat edib

Boks üzrə keçmiş dünya çempionu vəfat edib

WBO (Dünya Boks Təşkilatı) versiyasında Qanadan olan keçmiş dünya çempionu Alfred Koti 53 yaşında vəfat edib.

“Report” xəbər verir ki, o, Nyu-Yorkda dünyasını dəyişib.

Məlumata görə, idmançı Nyu-Yorkda müalicə keçib. Ümumdünya Boks Şurasının (WBC) prezidenti Maurisio Suleyman Olimpiada-1988 iştirakçısının ailəsinə başsağlığı verib.

REAL

 

Mənbə: www.realtv.az