Məğlubedilməz boksçu 21 yaşında vəfat etdi

Məğlubedilməz boksçu 21 yaşında vəfat etdi

Məğlubedilməz meksikalı boksçu Aleksandr Qonzalez 21 yaşında xərçəngdən vəfat edib.

Gazeta.ru xəbər verir ki, bu barədə Dünya Boks Şurasının (World Boxing Council, WBC) rəhbəri Maurisio Süleyman açıqlama ilə çıxış edib.

Qeyd olunur ki, idmançı 2019-cu ildən onkoloji xəstəliklə mübarizə aparırdı.

“O, Meksika boksunun böyük ümidlər vəd edən idmançısı idi. Kədərimiz böyükdür, amma Qonzalez heç vaxt unudulmayacaq. Ruhun şad olsun!”, - deyə Dünya Boks Şurasının rəhbəri qeyd edib.

Mənbə: www.oxu.az