Sane "Bavariya"da tibbi müayinədən keçdi

Sane "Bavariya"da tibbi müayinədən keçdi

"Mançester Siti"nin futbolçusu Leroy Sane "Bavariya"ya keçməyə yaxındır.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Münhenə gedib. O, "Bavariya"da artıq tibbi müayinənin ilk hissəsindən uğurla keçib. Sane bu gün tibbi müayinənin ikinci hissəsindən keçəcək.

Alman oyunçunun Bundesliqa təmsilçisi ilə 5 illik müqavilə imzalayacağı gözlənilir. "Bavariya"nın onun üçün "Mançester Siti"yə bonuslar da daxil olmaqla 60 milyon avro ödəyəcəyi bildirilir.

Mənbə: qol.az