Sane rəsmən "Bavariya"da

"Mançester Siti"nin futbolçusu Leroy Sanenin "Bavariya"ya keçidi rəsmiləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. O, gələn həftədən yeni komandası ilə məşqlərə başlayacaq.

Almaniya mətbuatı bu transfer üçün Münhen klubunun İngiltərə təmsilçisinə bonuslarla birgə ümumilikdə 60 milyo avro ödəyəcəyini yazıb. Sanenin yeni klubundakı maaşı isə illik 17 milyon avroya yaın olacaq.

Qeyd edək ki, alman oyunçu 2016-cı ildən çıxış etdiyi "Mançester Siti"də 135 matçda 39 qol vurub, 45 qolun ötürməsini verib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

“Gürcüstan quru sərhədlərini açmağı planlaşdırmır”

SONRAKI XƏBƏR

Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs koronavirusdan öldü - FOTO