Vaqner Lav Qazaxıstan klubunda!

Məşhur braziliyalı hücumçu Vaqner Lav "Kayrat"la anlaşıb.

Fanat.Az xəbər verir ki, ötən bazar təqdimat mərasimi keçirilməli olan forvard məlum pandemiya səbəbindən Qazaxıstana vaxtında gələ bilməyib. Həyat yoldaşı Lene Pireslə birgə koronavirus testi verən Vaqnerin müqavilənin detallarını razılaşdırdığı isə faktdı. Artıq klub 36 yaşlı ön xətt oyunçusunun 9 nömrəli futbolkanı geyinəcəyini də açıqlayıb.

Qeyd edək ki, son mövsümdə ölkəsinin "Korintians" klubunda oynayan Lavın sabiq klubuna - Moskva ÇSKA-sına keçəcəyi güman edilsə də, qazaxlar daha yaxşı şərtlərlə çıxış edərək rusları qabaqlayıb.

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Milli Məclisin yenidən növbədənkənar sessiyası çağırılıb

SONRAKI XƏBƏR

Azərbaycan qarşısında Ermənistan daha aciz duruma düşür - Putinin qaz məsələsindəki sərt cavabı isə...