Xavi ilə anlaşdılar

Böyük ehtimalla, "Barselona”da baş məşqçi dəyişikliyi gerçəkləşəcək. Kaspi.az xəbər verir ki, "Barselona” rəhbərliyi klubun sabiq futbolçusu Xavi ilə razılıq əldə edib. Xavi hazırda Qətərin "Əl-Sədd” klubunu çalışdırır. O, klub nümayəndələri ilə müzakirələrdən sonra təklifi qəbul edib. Amma onun işə nə vaxt başlayacağı bəlli deyil. Hazırkı baş məşqçi Kike Seten ya mövsümün gedişində, ya da sonun da istefaya göndəriləcək. Xavinin "Barselona”da ildə 6 milyon avro məvacib alacağı da bildirilir.

Kaspi.az

ƏVVƏLKİ XƏBƏR

Miqrantlar pulsuz test edildi

SONRAKI XƏBƏR

Merkel ilk dəfə maskada göründü