AFFA Roy Kinə nə qədər pul təklif edib? – İrlandlar açıqladı

AFFA Roy Kinə nə qədər pul təklif edib? – İrlandlar açıqladı

İrlandiyalı məşqçi Roy Kin AFFA ilə danışıqları davam etdirir.

Qol.az xəbər verir ki, bu haqda independent.ie saytında çıxan yazıda bildirilib. Qeyd edilib ki, millimizin baş məşqçisi vəzifəsinə namizədlərdən olan Kinə təyinatı gerçəkləşəcəyi halda Azərbaycanda daimi yaşaması əsas şərtlərdən biri kimi irəli sürülüb. Bu məsələdə isə 48 yaşlı mütəxəssisin tərəddüd etdiyi bildirilir.

İddia edilib ki, Azərbaycan tərəfi Roy Kinə ilinə 650 min avro təklif edib.

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Roy Kinin federasiyasının namizədləri sırasında olduğunu təsdiqləyib: “Məşqçi müəyyən kriteriyalara cavab verməlidir. Birinci, o, təklif olunan işdə işləməyə və həmin ölkədə yaşamağa hazır olmalıdır. O, bütünlükdə Azərbaycan futbolunun və millinin inkişafında iştirak etməlidir. Biz Roy Kini futbolçu kimi tanıyırıq. Onun barəsində Azərbaycan millisinin baş məşqçisi kimi danışmaq isə tez olardı”.

Mənbə: qol.az