"Çoxlu pivə içmişdilər..." - Qvardiola darmadağını şərh etdi

"Çoxlu pivə içmişdilər..." - Qvardiola darmadağını şərh etdi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada çempionluğu edən "Liverpul" üzərində 4:0 hesablı qələbəni şərh edib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, çox yaxşı oyun nümayiş etdirdiklərini deyib:
"Çempionu, möhtəşəm komandanı məğlub etdik. Cəsur bir şəkildə oynadıq. Öz futbolumuzu oynamağa çalışdıq və riskə getdik. Rəqib çempionluğu rəsmiləşdirsə də, çoxlu sayda pressinq etdi. Matça çıxan zaman "Liverpul"u alqışladıq. Ancaq oyuna o qədər köklənmişdilər ki, bizə təşəkkür belə etmədilər. Bu həftə bura gələnə qədər çoxlu pivə içdilər, amma oyun zamanı qanlarında spirt qalmamışdı. Şadam ki, qələbə qazandıq".

 

Mənbə: qol.az