"Bavariya" transferi rəsmən açıqladı

"Bavariya" transferi rəsmən açıqladı

"Bavariya" yeni transferini açıqlayıb.

Sport7.az xəbər verir ki, münhenlilər "Mançester Siti"nin futbolçusu Leroy Sanenin keçidini rəsmiləşdirib. 24 yaşlı hücumçu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb. Transfer məbləği ilə bağlı detallar açıqlanmayıb.

Sane gələn həftədən etibarən komanda ilə 2020/2021 mövsümünün hazırlıqlarına başlayacaq.

Mənbə: sport7.az