"Bavari"yanın futbolçusu İngiltərə çempionuna transfer edilir

"Bavari"yanın futbolçusu İngiltərə çempionuna transfer edilir

"Bavariya"nın futbolçusu Tyaqo Alkantara "Liverpul"a keçməyə yaxındı.

Sport7.az xəbər verir ki, Mersesaydlılar bu yay klubunu dəyişdirmək niyyətində olan 29 yaşlı ispaniyalı ilə heyətini gücləndirmək istəyirlər.

Tyaqo "Bavariya" ilə müqaviləni yeniləməkdən imtina edib.

O, bu mövsüm Bundesliqada meydana çıxdığı 24 matçda 3 qol vurub.

Mənbə: sport7.az