"İnter" Sançesə görə 20 milyon avro ödəməyə hazırdı

"İnter" Sançesə görə 20 milyon avro ödəməyə hazırdı

"İnter" Aleksis Sançesin transfer haqlarını "Mançester Yunayted"dən almaq niyyətindədi.

Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, "İnter" bunun üçün 20 milyon avro ödəməyə hazırdı. Sançesin avqustun əvvəlinə kimi Milan klubunda qalacağı dəqiqdi. Klublar arasında icarə müddətinin uzadılması ilə bağlı razılıq əldə olunub.

Lakin MY Sançesin Avropa Liqasının növbəti mərhələlərində "İnter"in heyətində oynamasına icazə vermir. "Qırmızı şeytanlar" yeni mövsüm ərəfəsində çilili futbolçunun zədələnməsindən ehtiyatlanır.

Cari mövsümdə İtaliya A Seriyasında 13 matçda meydana çıxan Sançesin aktivində 2 qol, 5 məhsuldar ötürmə var.

Fanat.Az

Mənbə: fanat.az