"Napoli"də ağır itki

"Napoli"də ağır itki

“Napoli” klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Neapol klubunun qapıçısı David Ospina ciddi zədə alıb.
Oyunun 30-cu dəqiqəsində başından zədə alan qapıçı, görüşü davam etdirə bilməyib və meydanı xərəkdə tərk edib. Onu komandanın digər qapıçısı Aleks Meret əvəzləyib.
Ospinanın A Seriyasının növbəti turunda keçiriləcək “Roma” ilə oyunda iştirakı məlum deyil.

Mənbə: offsideplus.az