La Liqa klubunda itki

La Liqa klubunda itki

“Valensiya” klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisinin hücumçusu Rodriqo zədələnib.

O, La Liqa çərçivəsində baş tutan “Atletik”lə qarşılaşmada sıradan çıxıb. 29 yaşlı futbolçunun sağ dizindən aldığı zədə onu bir müddət yaşıl meydanlardan kənarda saxlayacaq. Amma Rodriqonun dəqiq bərpa müddəti açıqlanmayıb.

Mənbə: offsideplus.az