Koronavirus Qazaxıstan çempionatını yenidən dayandırdı

Futbol üzrə Qazaxıstan çempionatı koronavirus pandemiyasına görə yenidən dayandırılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Qazaxıstanın Peşəkar Futbol Liqası məlumat yayıb.

Xəbərdə bildirilir ki, ölkə ərazisində pandemiyaya yoluxma sayı artmağa başladığına görə iyulun 5-dən etibarən 14 günlük karantin rejimi tətbiq olunacaq. Tətbiq olunan qadağalar arasında idman yarışlarının keçirilməsi də var. Məhz bu üzdən Qazaxıstan çempionatında da azı iki həftəlik fasilə yaranıb. Lakin bu fasilənin müddəti uzadıla da bilər.

Qeyd edək ki, digər Avropa ölkələrində olduğu kimi, mart ayında Qazaxıstanda da çempionat koronavirusa görə dayandırılmışdı. İyulun 1-də isə çempionat bərpa olunmuş və 3-cü turun qarşılaşmaları keçirilmişdi.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ konvoyu Suriyada hücuma məruz qalıb? - Açıqlama

SONRAKI XƏBƏR

"Hüseynov qardaşları ermənilərdən alqış alırlar" - Araz Əlizadə