"Real"ın ulduzu "Atletik"lə oyunu da buraxacaq

"Real"ın ulduzu "Atletik"lə oyunu da buraxacaq

"Real"ın vinqeri Eden Azar "Atletik"lə görüşdə oynamayacaq.

Fanat.Az AS-a istinadən xəbər verir ki, Azarın adı matçın iştirak ərizəsinə daxil edilməyib. Belçikalı futbolçu komandanın son məşqini buraxıb. Baş məşqçi Zinəddin Zidan ehtiyat tədbiri olaraq onu oynatmamaq qərarına gəlib.

"Real"ın son məşqində Rafael Varan və Naço Fernandes də iştirak etməyiblər.

Qeyd edək ki, Azarın adı "Xetafe" ilə oyunun iştirak ərizəsində də yox idi.

Fanat.Az

Mənbə: fanat.az