"Fənərbağça" "Qalatasaray"ın ulduz futbolçusunu transfer edir

"Fənərbağça" "Qalatasaray"ın ulduz futbolçusunu transfer edir

Yaponiyalı futbolçusu Naqatomo ilə yolları ayıran "Qalatasaray"da daha bir ayrılıq yaşanmaq üzrədir.

Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, "Cimbom"un ulduz futbolçusu Henri Onyekuru da komandadan ayrılmağa yaxındır. "Monako" klubuna məxsus oyunçu icarə əsasənda İstanbul təmsilçisində çıxış edir və mövsüm sonunda onun Fransaya qayıdacağı gözlənilir. Səbəb isə icarə müddətinin artırılmasında razılığın əldə edilməməsidir.

23 yaşlı futbolçunu transfer etmək üçün isə sürpriz ad dövrəyə girib. Belə ki, "Qalatasaray"ın əzəli rəqibi "Fənərbağça" nigeriyalı vinqerlə yaxından maraqlanır.

"Sarı larcivərtlilər"in sözügedən futbolçu üçün "Cimbom"un qapısını "döyəcəyi" bildirilir.

Onyekuru ilə həmçinin digər Super Liqa təmsilçisi "Başakşəhər" də maraqlanır. İstanbul klubu futbolçuya illik 3 milyon avro maaş təklif edir.

Qeyd edək ki, oyunçunun "Monako" ilə müqaviləsi 2024-cü ilə qədərdir.

Mənbə: offsideplus.az