Fərid Nəbiyev "Viktoriya" ilə növbəti matçına çıxdı

Fərid Nəbiyev "Viktoriya" ilə növbəti matçına çıxdı

Çexiya 2-ci divizionunda 28-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti görüşünə çıxıb.
Sözügedən komanda doğma meydanda “Vlasim”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.

Mənbə: offsideplus.az