“Mançester Yunayted” - “Bormunt” oyununda yeddi qol vurulub

“Mançester Yunayted” - “Bormunt” oyununda yeddi qol vurulub

 

Bakı, 4 iyul, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Mançester Yunayted” öz meydanında “Bormunt” klubunu qəbul edib. Görüş Mançester təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

“Mançester Yunayted”in heyətində Mason Qrinvud (2), Markus Reşford, Antoni Marsiyal, Bruno Fernandeş, “Bormunt”ın isə Junior Stanislav və Çoşua Kinq fərqləniblər.

Bu qələbədən sonra xal ehtiyatını 55-ə çatdıran “qırmızı şeytan”lar turnir cədvəlində üçüncü yerə yüksəliblər. “Bormunt” isə 27 xalla 19-cu yerdə qərarlaşıb.

Mənbə: azertag.az