Nicat yenə qol vurdu, komandası...

Gürcüstan çempionatında 4-cü turun oyunları keçirilib.

 

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi "Samtrediya” da növbəti matçına çıxıb.

 

Sözügedən klub səfərdə "Telavi” ilə qarşılaşıb. Futbolçumuzun komandası 1:3 hesab;yla yenilib.

 

Nicat start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 9-cu dəqiqədə penaltidən fərqlənən Qurbanov vurub. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 2-yə çatdırıb.

 

4 turdan sonra hesabında 4 xal olan "Samtrediya” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Fanat.Az

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyənin yeni sualtı raketi - Video

SONRAKI XƏBƏR

COVID-19-un son mutasiyası əvvəlkilərdən 8 dəfə tez yayılmaq gücünə malikdir