"Qalatasaray" məşhur futbolçusu ilə yolları ayırdı - RƏSMİ

"Qalatasaray" məşhur futbolçusu ilə yolları ayırdı - RƏSMİ

“Qalatasaray” klubu nigeriyalı hücumçusu Henri Onyekuru ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı İstanbul klubunun mətbuat xidməti yayıb.
Ayrılığa 23 yaşlı oyunçunun müqavilə ilə məxsus olduğu “Monako”nun məşqçilər korpusunun qəbul etdiyi qərar səbəb olub.

Qeyd edək ki, sözügedən futbolçu ilə "Başakşəhər" və "Fənərbağça" kimi klublar maraqlanır.

Mənbə: offsideplus.az