Mandzukiç Qətər klubundan ayrıldı

Mandzukiç Qətər klubundan ayrıldı

Xorvatiya yığmasının sabiq hücumçusu Mario Mandzukiç Qətərin "Əl-Duhail" klubundan ayrılıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu barədə 34 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.

O, sözügedən klubla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiklərini bəyan edib.

Qeyd edək ki, Mandzukiç "Əl-Duhail"ə 2019-cu ilin dekabrında "Yuventus"dan transfer olunmuşdu. O, bu komandada meydana çıxdığı 7 oyunda cəmi 1 qola imza atıb.

Təcrübəli futbolçu "Yuventus" və "Əl-Duhail"dən başqa ölkəsində "Dinamo" (Zaqreb), Almaniyada "Volfsburq", "Bavariya", İspaniyada isə "Atletiko"nun formasını geyinib.

Milli.Az

Mənbə: news.milli.az