"Mançester Yunayted" Nemanya Matiçlə yeni müqavilə imzalayıb

"Mançester Yunayted" Nemanya Matiçlə yeni müqavilə imzalayıb

"Mançester Yunayted"in yarımmüdafiəçisi Nemanya Matiçin taleyinə aydınlıq gəlib.Apasport.az saytının məlumatına görə, serbiyalı orta sahə oyunçusu "qırmızı şeytanlar"la yeni müqavilə imzalayıb.

İtaliya A seriyasından bir neçə təklif almasına baxmayaraq, 32 yaşlı oyunçu Mançester təmsilçisində qalmaq qərarına gəlib. Bir müddət əvvəl yeni komanda axtarışında olan futbolçu klubu ilə sözləşməsinin müddətini 2023-cü ilə qədər uzadıb.

Qeyd edək ki, Nemanya Matiç cari mövsüm Premyer Liqada 16 oyun keçirib, 2 məhsuldar ötürmə verib.

Mənbə: apa.az