"Qalatasaray" səfərdə "Trabzonspor"a məğlub olub

"Qalatasaray" səfərdə "Trabzonspor"a məğlub olub

Türkiyə Super Liqasının 30-cu turunda “Trabzonspor” “Qalatasaray”ı məğlub edib.

“Report” xəbər verir ki, qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların heyətində ilk qolu 41-ci dəqiqədə Sosa vurub. Matçın 70-ci dəqiqəsində Novak hesabı 2:0-a yüksəldib. Qarşılaşmaya əlavə edilən vaxtda (90+3) “Qalatasaray” bu qollardan birinin əvəzini çıxıb – Seri penaltini dəqiq yerinə yetirib. Lakin bu da matçda son qol olmayıb. Sorlot “Trabzonspor”un daha bir qolunu vuraraq hesabı 3:1-ə çatdırıb.

Mənbə: www.realtv.az