İngiltərə Premyer Liqasında "Liverpul" növbəti qələbəsini qazanıb

İngiltərə Premyer Liqasında "Liverpul" növbəti qələbəsini qazanıb

İngiltərə Premyer Liqasında XXXIII tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 4 oyun keçirilib.

Çempionluğu təmin edən "Liverpul" təhlükəli zonada qərarlaşan "Aston Villa"nı öz meydanında son 20 dəqiqədə vurduğu qollarla məğlubiyyətə uğradıb.

Ötən turda "Liverpul"un qapısından 4 cavabsız top keçirən "Mançester Siti" isə ortabab "Sauthempton" səfərindən gözlənilmədən əliboş dönüb.

Tura iyulun 6-da baş tutacaq "Tottenhem" - "Everton" (23:00) oyunu ilə yekun vurulacaq.

İngiltərə Premyer Liqası
XXXIII tur
5 iyul
"Bernli" - "Şeffild Yunayted" - 1:1
Tarkovski, 43 - Eqan, 80
"Nyukasl" - "Vest Hem" - 2:2
Almiron, 17; Şelvi, 67 - Antonio, 4; Suşek, 65
"Liverpul" - "Aston Villa" - 2:0
Mane, 71; Cons, 89
"Sauthempton" - "Mançester Siti" - 1:0
Adams, 16

Mənbə: www.realtv.az