"Zenit" ardıcıl ikinci dəfə Rusiya çempionu olub

"Zenit" ardıcıl ikinci dəfə Rusiya çempionu olub

Rusiya Premyer Liqasında 2019/20 mövsümünün çempionu müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, XXVI turda "Krasnodar" üzərində səfər qələbəsi qazanan (4:2) "Zenit" çempionluğunu rəsmiləşdirib.

Sona 4 tur qalmış ən yaxın izləyicisi "Lokomotiv"i 13 xal qabaqlayan Sankt-Peterburq təmsilçisi ardıcıl 2-ci, ümumilikdə isə 6-cı dəfə Rusiyada qızıl medalları təmin edib. "Zenit" buna qədər 2007, 2010, 2011/12, 2014/15 və 2018/19 mövsümlərində də ölkə çempionu olub.

Rusiyanın ən titullu klubu ilə "Spartak"dır. Moskvalıların aktivində 10 çempionluq var. //APA

Mənbə: redaktor.az