Mahir Emreli "Beşiktaş"a təklif olundu

Mahir Emreli "Beşiktaş"a təklif olundu

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Ahmet Nur Çebinin azərbaycanlı futbolçularla bağlı çağırışı cavabsız qalmayıb.

Teleqraf.com xəbər verir ki, milli komandanın və “Qarabağ”ın hücumçusu Mahir Emreli İstanbul təmsilçisinə təklif olunub.

Amma 24 yaşlı forvardı qarşı tərəfə kimin təklif etməsi barədə bilgi verilməyib.

Qeyd edək ki, Ahmet Nur Çebi “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişinə müsahibəsində "Ən yaxşı azərbaycanlı futbolçuları bizə göstərin, oynadaq" deyib.

Mənbə: teleqraf.com