Roy Kin və Maykl Essyen ən yaxşılar arasında

Roy Kin və Maykl Essyen ən yaxşılar arasında

“İndependent” nəşri 1992-ci ildən İngiltərə Premyer Liqasında çıxış edən ən yaxşı futbolçuların siyahısını açıqlayıb.

“Report”un məlumatına görə, onların arasında Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd “Mançester Yunayted” klubunun əfsanəvi yarımmüdafiəçisi Roy Kinin də adı var.

İrlandiyalı veteran oyunçu 100 nəfər arasında ilk onluğa düşməyi bacarıb. 49 yaşlı mütəxəssis 4-cü pillədə qərarlaşıb.

Karyerasını hazırda “Səbail”də davam etdirən “Çelsi”nin sabiq futbolçusu Maykl Esyen isə 62-ci sırada yer alıb.

Qeyd edək ki, siyahıya “Arsenal”ın sabiq hücumçusu Tyerri Anri başçılıq edir. Hazırda “Yuventus”un formasını geyinən “Mançester Yunayted”in keçmiş üzvü Kriştianu Ronaldu 2-ci, onun Mançester klubundakı sabiq komanda yoldaşı, Uels millisinin baş məşqçisi Rayan Giqqz isə 3-cüdür.

Xatırladaq ki, AFFA daha əvvəl Roy Kinlə danışıqlar aparıldığını təsdiqləyib.

Mənbə: cia.az