Mircavadov Roy Kin barədə: “Onun sonuncu çalışdığı klub hansıdı?”

Mircavadov Roy Kin barədə: “Onun sonuncu çalışdığı klub hansıdı?”

Yığmanın baş məşqçisi postuna namizədlər arasındaCanni de Byazinin olduğu məlum idi. Artıq neçə vaxtdı mətbuatda AFFA-nınitalyan mütəxəssislə danışıqlar apardığı barədə xəbərlər dolaşır. 3 gün öncədaha bir əcnəbi məşqçinin adı milli ilə yanaşı hallandı. İngiltərənin məşhur "The Sun” qəzeti "Mançester Yunayted”in sabiq futbolçusu Roy Kinin Azərbaycanyığmasını çalışdırmağa yaxın olduğu haqda xəbər yaydı.

 

Uzaq Britaniyadaictimailəşən bu xəbəri AFFA rəhbərliyi də təkzib etmədi, qurumun sözçüsü FiruzAbdulla irlandiyalı mütəxəssisin yığmanı çalışdırmağa namizədlərdən biriolduğunu açıqladı.

Kinin namizədlər arasında olması ölkə mediasınınonun personasına marağını artırdı. Qısa vaxtda irlandiyalının məşqçi karyerasıincələndi, çalışdığı və çalışdırdığı klublarda nə ilə yadda qaldığı gündəmə gəldi.İstər mediada, istərsə də sosial şəbəkələrdə aparılan müzakirələrə diqqətyetirdikdə Kinin millini çalışdırmasının əleyhdarlarının daha çox olduğunu görməkmümkündü.

Bəs görəsən, yerli mütəxəssislər, futbol veteranlarıirlandiyalı haqda nə düşünürlər, onun yığmanı çalışdırmaq perspertivini necə dəyərləndirirlər?Bu məqsədlə onların bəzilərinin fikirlərini öyrəndik.

Ağasəlim Mircavadov: "Mən də sizin kimi Roy Kininyığmanı çalışdırmağa namizədlər arasında olduğunu mətbuatdan öyrəndim. MəşqçilərKomitəsinin üzvləri pandemiya üzündən artıq neçə vaxtdı işə çıxmır və bu səbəbdənKinin namizədlər arasında olmasından xəbərsizəm. İrlandiyalı futbolçu kimiadından söz etdirməyi bacarıb, uzun illər "Mançester Yunaytet” kimi İngiltərə nəhəngininşərəfini qoruyub, kapitanı olub. Ancaq hər yaxşı futbolçu sonradan eynu uğuru məşqçilikdədə təkrarlaya bilmir axı. Ümumiyyətələ, onun sonuncu çalışdığı klub hansıdı?Baxmaq lazımdı ki, Kin həmin klubda nə iş görüb, ümumiyyətlə, məşqçilikkaryerasında hansı uğura imza atıb? Onun yığmanı çalışdırmasına nə deyə bilərəm?Açığı, milli elə bir mütəxəssisə tapşırılmalıdı ki, o burda nəsə iş görsün,özündən sonra iz qoysun. Təyinat reallaşmadan mənim nəsə deməyim düz olmaz.İndi əsas məsələ sağlamlıqdı. Hamımız özümüzü koronavirusdan qorumalıyıq”.

Zaur Ramazanov: "Mən hələ də başa düşmürəm, niyəbizim AFFA rəhbərliyi həmişə çalışır ki, yığmanın baş məşqçisi əcnəbi olsun?Onlarda əcnəbi sevgisi hardan yaranıb və nəyə xidmət edir, anlamıram. Roy Kinifutbolçu kimi tanımışam. Tanımışam deyəndə ki, hamı kimi televizorda oyunlarınabaxmışam. Kin hansı çempionatda top qovub, məşqçi kimi harda çalışıb? İngiltərədə.İndi siz mənə deyin, İngilətərə çempionatı ilə bizim çempionatı müqayisə etməkolar? Ancaq adları oxşardı, səviyyə, orda oynanılan futbol, ümumiyyətlə, futbolfəlsəfəsi tam fərqlidi. Roy Kin də futbol oynamağa başlayandan ancaq Britaniyafutbolu görüb. İngiltərə premyer-liqasında, çempionşipdə oynayan futbolçularınboyuna baxın, bir də bizimkilərin. Azərbaycanlılar heç vaxt "ikinci mərtəbə”dəseçilməyiblər, bizimki ancaq yerlə oynamaqdı. Siz elə düşünürsüz ki, Kinmillinin "sükanı arxasına” keçəndən sonra illərboyu alışdığı futbol fəlsəfəsindənimtina edib, bildiyimiz və bacardığımız futbolu oynadacaq? Xeyr, belə şey qətiyyənola bilməz. O fərqli futbol mədəniyyətinə sahibdi. Bir də ki, onu bura gətirməyinnə mənası var? Məncə, irlandiyalı mütəxəssis məşqçi kimi də hələ özünü göstərəbilməyib. Bəlkə onu reklam üçün Azərbaycana dəvət ediblər? Baxmayın, nə qədərolmasa da, Britaniyada tanınmış simadı, bura gəlsə, İngiltərə mediası həftədəazı bir dəfə Azərbaycan yığması, ölkəmiz, paytaxtımız haqda reportajlarhazırlayacaq. Berti Foqtsun, Toni Adamsın timsalında bunları görmüşük. Məncə,Roy Kin bir reklam layihəsidi. Olsun, belə layihələr də bizə faydalıdı, az-çoxdünya bizi tanıyır. Ancaq bunu yığma vasitəsilə etməsinlər. Milli futboloynamalıdı, nəticə qazanmalıdı, qələbələrlə azarkeşləri sevindirməlidi. Dahabelə layihələrin badına getməməlidi. Məndən olsa, yığmanı yerli məşqçiyətapşırmaq ən düzgün yol olardı. Millətlər Liqası sentyabrda başlayır. İki ayqalıb. Kin nə vaxt gələcək, nə vaxt bizim futbolçuları tanıyacaq... Çempionatda yoxdu ki, deyim ən azı 5-6 tur izləyəndən sonra müəyyən fikir yürütmək olar.Artıq nə deyim, vallah, söz tapmıram danışmağa”.

Mənbə: "Futbol+” qəzeti

Mənbə: sport7.az