Ulduz futbolçunun evi qarət olunub

Ulduz futbolçunun evi qarət olunub

"Fiorentina"nın vinqeri Frank Riberinin evi qarət olunub.

Fanat.Az "La Repubblica"ya istinadən xəbər verir ki, kimliyi bəlli olmayan şəxslər Riberinin evinə giriblər. Dəyən zərərin həcmi barədə məlumat verilmir. 37 yaşlı futbolçu "Parma" ilə oyundan qayıdarkən evinin qarət olunduğunu görüb.

Riberi 2019-cu ildən Florensiyada yaşayır.

Fanat.Az

Mənbə: fanat.az