UEFA ÇL-in cavab oyunları ilə bağlı qərar verdi

UEFA ÇL-in cavab oyunları ilə bağlı qərar verdi

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları neytral meydanda keçirilməyəcək.

Qol.az "AS" nəşrinə istinadən xəbər verir ki, UEFA ev sahibi komandaların rəqiblərini doğma meydanda qəbul etməsinə razılıq verib. Bu barədə iyulun 10-da rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, UEFA daha əvvəl koronavirus pandemiyasına görə Çempionlar Liqasının oyunlarının 1/4 final mərhələsindən "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsinə qərar verib.

Xatırladaq ki, 1/8 finalın cavab matçında "Mançester Siti" "Real"ı (ilk oyun -2:1), "Yuventus" "Lion"u (ilk oyun - 0:1), "Barselona" "Napoli”ni (ilk oyun 1:1), "Bavariya" isə "Çelsi"ni (ilk oyun -3:0) qəbul edəcək.

Mənbə: qol.az