Azərbaycan triatlonçusu açıq Ukrayna çempionatında ikinci olub

Azərbaycan triatlonçusu açıq Ukrayna çempionatında ikinci olub

Bakı, 6 iyul, AZƏRTAC

Triatlon üzrə Azərbaycan millisi koronavirus pandemiyası ilə bağlı məcburi fasilədən sonra mövsümü bərpa edib.

AZƏRTAC xəbər verir ki, yığmamızın üzvü Rostislav Pevtsov sprint üzrə açıq Ukrayna çempionatında iştirak edib.

Azərbaycan təmsilçisi yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, R.Pevtsov 2019-cu ilin ən yaxşı kişi triatlonçusu seçilib.

AZERTAG.AZ :Azərbaycan triatlonçusu açıq Ukrayna çempionatında ikinci olub

Mənbə: azertag.az