Keçmiş "Beşiktaş"lı futbolçu sürpriz kluba keçdi

Keçmiş "Beşiktaş"lı futbolçu sürpriz kluba keçdi

Bir müddət Türkiyədə "Beşiktaş" və "Alanyaspor" formaları geyinən braziliyalı Vaqner Lav Qazaxıstanın "Kayrat" klubuna transfer olunub.

Metbuat.az xəbər verir ki, klubun rəsmi "Tvitter" hesabında Lavın hava limanından endiyi fotosu paylaşılaraq "Xoş gəldin, Lav" qeyd edilib.

Braziliyanın "Korintians" klubu ilə müqaviləsini keçən ay sonlandıran 36 yaşlı futbolçu karyerası ərzində "Palmeyras", "Flamenqo", "Monako", "ÇSKA Moskva", "Şandonq Lunenq" və Türkiyədə "Alanyaspor", "Beşiktaş" formalarını geyinib.

Mənbə: sondakika.com

 

Mənbə: metbuat.az