Keçmiş futbolçu casusluq ittihamı ilə həbs edilib

Keçmiş futbolçu casusluq ittihamı ilə həbs edilib

Ukraynanın keçmiş futbolçusu Vasili Vasilenko casusluq ittihamı ilə həbs edilib. Yenisabah.az Rusiya KİV-inə istinadən xəbər verir ki, o hazırda Moskvadakı istintaq təcridxanaların birindən saxlanılır.

Yenisabah.az xəbər verir ki, Vasili Vasilenko hələ ötən ilin oktyabrın həbs edilib. Həmin vaxt o, silah və mədəni sərvətlərin qaçaqmalçılığı ittiham iərli sürülüb.

İyunun 19-da isə MoskvanınMeşanski Rayon Məhkəməsi casusluq ittihamı ilə keçmiş futbolçu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb. Bu ittihamla Vasili Vasilenkonu 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Bu məsələ ilə bağlı təfərrüatlar açıqlanmır. Bəlli olan odur ki, keçmiş futbolçu həbs edilərkən işsiz olub.

Vasilenko müdafiəçi kimi “Drujba”, “Torpedo” və “Tavriya” futbol komandalarının şərəfini qoruyub.

Mənbə: yenisabah.az