Dani Alves "Real"a söz atdı: "Bizə öyrətdilər ki, çempion olmaq üçün..."

Dani Alves "Real"a söz atdı: "Bizə öyrətdilər ki, çempion olmaq üçün..."

"Barselona"nın keçmiş müdafiəçisi Dani Alves "Atletik" - "Real" oyunundakı (0:1) hakim qərarlarına münasibət bildirib.

"Twitter" istifadəçilərindən biri Dani Alvesdən Serxio Ramosun cərimə meydançasında Raul Qarsiyanın ayağına basdığı epizod barədə fikirlərini soruşub. Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu "Real"a söz atmağı unutmayıb. O, cavabında qeyd edib:

"Real" bizə öyrətdi ki, çempion olmaq üçün bizim etdiyimizdən daha çoxunu etmək lazımdı. Əks halda cəhdləriniz çempionluq üçün kifayət etmir".

Qeyd edək ki, sözügedən epizodda hakim qaydanın pozulmadığını bildirərək oyunu davam etdirmişdi.

 

Fanat.Az

Mənbə: fanat.az