20-ci dəfə qalib

20-ci dəfə qalib

Həftəsonu futbol üzrə Almaniya kubokunun final görüşü keçirilib. Həlledici görüşdə “Bayer Leverkuzen”lə “Bavariya” komandası ilə üz-üzə gəlib. Görüş “rekordmaysterlər”in 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Münxen təmsilçisinin heyətində David Alaba, Serj Qnabri, Robert Levandovski (2), “Bayer Leverkuzen”in heyətində isə Sven Bender və Kai Havertz fərqləniblər. Qeyd edilir ki, bununla da “Bavariya” 20-ci dəfə Almaniya kubokunun qalibi olub.
Xəbəri “Eurosport” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com