"Mançester Yunayted" ispan hücumçu ilə maraqlanır

"Mançester Yunayted" "Vulverhempton"un futbolçusu Adama Traore ilə maraqlanır.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə klubu Dortmund "Borussiya"sının hücumçusu Ceydon Sançonu transfer edə bilməsə, 24 yaşlı oyunçunu almağa çalışacaq.

Traorenin qiymətinin 100 milyon avro olduğu bildirilir.

Qeyd edək ki, ispan hücumçu bu mövsüm 47 matçda 6 qol vurub, 9 qolun ötürməsini verib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

İtaliyanın turizm sənayesi amerikalı turistlər olmadan ciddi itki verəcək

SONRAKI XƏBƏR

Rəcəb Tayyib Ərdoğan: Türkiyə öz gücünə və imkanlarına inanır