"Arsenal"ın hücumçusu "Yuventus" yolunda

"Arsenal"ın hücumçusu "Yuventus" yolunda

London "Arsenal"ının hücumçusu Aleksandr Lyakazett bu yay klubunu dəyişə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı Fransanın "L’Équipe" nəşri yayıb.

Mənbə ön xətt oyunçusunun "Yuventus", Milan "İnter"i və Madrid "Atletiko"suna keçmək variantının olduğunu vurğulayıb. Sözügedən klubların nümayəndələrinin futbolçu və klubuyla danışıq apardıqları bildirilib.

2017-ci ildən "Arsenal"da olan Lyakazett bu mövsüm bütün turnirlər çərçivəsində 32 matça çıxıb, 10 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Paytaxt təmsilçisi ilə olan müqaviləsinin müddəti 2022-ci ilin yayında bitəcək 29 yaşlı fransalının transfer qiyməti 48 milyon avrodu.

Fanat.Az

Mənbə: www.fanat.az