"İnter"in "Barselona"dan tələbi: 90 milyon+oyunçu

"İnter"in "Barselona"dan tələbi: 90 milyon+oyunçu

"Barselona" Lautaro Martinesin transferi ilə bağlı "İnter"lə danışıqları davam etdirir.

Fanat.Az jurnalist Nikolo Skiranın "Twitter" hesabına istinadən xəbər verir ki, "İnter" Martinesin satışından 90 milyon avro qazanmağı hədəfləyir. Bununla yanaşı, "neradzurri" "Barselona"dan əlavə oyunçu tələb edir.

Katalon klubunun müqavilənin şəxsi detallarını 22 yaşlı futbolçu ilə razılaşdırdığı bildirilir. Sözləşmə 5 il müddətinə nəzərdə tutulub və Martines ilinə 12 milyon avro qazanacaq. "Barsa" keçidi oktyabr ayına qədər rəsmiləşdirmək niyyətindədi.

Cari mövsümdə A Seriyasında 27 matçda meydana çıxan Martinesin aktivində 12 qol, 6 məhsuldar ötürmə var.

Fanat.Az

Mənbə: www.fanat.az