Matç zamanı 19 futbolçu koronavirusa yoluxdu

Matç zamanı 19 futbolçu koronavirusa yoluxdu

Bolqarıstan futbol çempionatının matçı zamanı həkimlərin səhvi ucbatından futbolçular arasında koronavirusa kütləvi yoluxma baş verib.

"Qafqazinfo" "Sportstar"a istinadən xəbər verir ki, Hadisə iyulun 2-də ev sahibi Tsarsko Selo və Çerno More (1: 4) oyununda baş verib. Mənbənin verdiyi məlumata görə, meydan sahiblərinin müdafiəçisi Martin Kavdanskinin koronavirus testi səhvliklə neqativ nəticələnib və o oyuna start heyətdə başlayıb.

Matçdan sonra Tsarskoe Selo klubunun 3 oyunçusunda koronavirusa yoluxma faktı aşkarlanıb. Çyornoe More klubu isə oyunçuların arasında 16 nəfərin yoluxduğunu bildirib.
Kavdanskini testdən keçirən laboratoriya əməkdaşları səhv etdiklərini etiraf ediblər.

Mənbə: qafqazinfo.az