"Real Madrid"in futbolçuları çempionluq mükafatından imtina edib

"Real Madrid"in futbolçuları çempionluq mükafatından imtina edib

İspaniyanın "Real Madrid" klubunun futbolçuları cari mövsüm La Liqanın qızıl medallarını qazanacaqları halda çempionluq mükafatından imtina edəcəklər...

İspaniyanın "Real Madrid" klubunun futbolçuları cari mövsüm La Liqanın qızıl medallarını qazanacaqları halda çempionluq mükafatından imtina edəcəklər.

 

İnterAz xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Eduardo İnda "El Chiringuito" telekanalının canlı efirində bildirib.

 

Həmkarımızın sözlərinə görə, oyunçular koronavirusla bağlı yaranmış maliyyə çətinliyini anlayışla qarşılayırlar. Onlar kluba dəstək məqsədilə bu addımı atmağa hazır olduqlarını bildiriblər.

 

Qeyd edək ki, "Real Madrid" 34 turdan sonra 77 xalla turnir cədvəlinə başçılıq edir. "Kral klubu" sona 4 tur qalmış ən yaxın izləyicisi "Barselona"nı 4 xal qabaqlayır.

Mənbə: www.interaztv.com