"Milan"ın yeni baş məşqçisi o olacaq

"Milan"ın yeni baş məşqçisi o olacaq

Yeni mövsümdə "Milan"ın baş məşqçisinin kim olacağına aydınlıq gəlib.

 

Fanat.Az "Guardian"ın insayderi Fabritsio Romanonun "Twitter" hesabına istinadən xəbər verir ki, "Milan" Ralf Ranqniklə anlaşıb. 62 yaşlı mütəxəssis baş məşqçi postunda Stefano Piolini əvəzləyəcək.

Ranqnik məşqçiliklə yanaşı, idman direktoru funksiyasını da yerinə yetirə bilər. Hazırda bu barədə klubla danışıqlar davam edir.

Alman çalışdırıcı son illərdə "Hoffenhaym" və "Layptsiq" klublarında işləyib. Ranqnik 2019-cu ilin yayından "Red Bull" şirkətinin İdman və İnkişaf departamentinin rəhbəridi.

Fanat.Az

Mənbə: fanat.az