Nurmaqomedovun doğulduğu kəndə onun adı veriləcək

Nurmaqomedovun doğulduğu kəndə onun adı veriləcək

Yüngül çəkidə UFC çempionu Həbib Nurmaqomedovun atası və məşqçisi Abdulmanap Nurmaqomedovun yaşadığı Dağıstanın Kirovaul kəndinin başçısı Maqomedrasul Davudov yaxın gələcəkdə yaşayış məntəqəsinin mütəxəssisin şərəfinə adlandırıla biləcəyini deyib.

Teleqraf.com xəbər verir ki, o, “RBK”ya açıqlamasında deyib:

“Biz, hazırda matəm içindəyik. Rusiyanın müxtəlif şəhərlərindən insanlar bizə başsağlığına gəlir. Biz, daha sonra sakinlərlə bir araya gəlib kəndin Kirovauldan Manap adlandırılmasına qərar verəcəyik”.

M. Davudov, həmçinin bildirib ki, Həbib Nurmaqomedov itkini çox ağır keçirir.

Qeyd edək ki, Abdulmanap Nurmaqomedov iyulun 3-də 57 yaşında vəfat edib. O, son vaxtlar Moskva xəstəxanalarından birində ağır vəziyyətdə idi, ona koronavirus diaqnozu qoyulmuşdu.

Abdulmanap Nurmaqomedovun dəfni Dağıstanda, doğma kəndi Kirovaulda keçirilib.

Mənbə: teleqraf.com