"Yuventus" Milan səfərində

"Yuventus" Milan səfərində

Bu gün İtaliya A Seriyasında 31-ci tura start veriləcək.
Qol.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

Çempionluq uğrunda yarışan "Latsio" səfərdə "Leççe"nin qonağı olacaq. Turun mərkəzi görüşü də bu günə təyin edilib. "Milan" öz meydanında əzəli rəqibini - lider "Yuventus"u qəbul edəcək.

7 iyul
İtaliya A Seriyas, 31-ci tur

21:30."Leççe" - "Latsio"
23:45."Milan" - "Yuventus"

Qeyd edək ki, "Yuventus" 75 xalla liderdir. "Latsio" 68 xalla 2-ci, "İnter" 64 xalla 3-cüdür. 56 xalı olan "Milan" isə 7-ci pillədə qərarlaşıb.

Mənbə: qol.az