Voleybol üzrə avrokubokların başlama vaxtı dəqiqləşib

Voleybol üzrə avrokubokların yeni mövsümünün başlama vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyasının (CEV) İnzibati Şurası qitə miqyaslı turnirlərin start vaxtını təsdiqləyib.

Kişilər və qadınlar arasında hər üç turnir sentyabrın ikinci yarısında başlayacaq. Çempionlar Liqası, CEV kuboku və Çelenc kuboku uğrunda turnirlərin hamısı birinci mərhələdən start götürəcək.

Qeyd edək ki, 2020/21 mövsümündə Azərbaycanı yalnız “Azərreyl” klubu təmsil edəcək. Qadınlardan ibarət komanda Çelenc kubokunda oynayacaq.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Baş nazir Ərdoğana “təslim” oldu: “Danışmalıyıq”

SONRAKI XƏBƏR

"Koronavirusa qarşı kollektiv toxunulmazlıq mümkün deyil" – Pandemiya daha bir ümidə son qoydu...