Türk futbolçu fenomenal uğura imza atdı

Türk futbolçu fenomenal uğura imza atdı

Əfsanəvi türkiyəli futbolçu Əmrə Belözoğlu əvvəllər Superliqada heç kimin bacarmadığı fenomenal nailiyyətə imza atıb.

Axar.az xəbər verir ki, sentyabrın 7-də 40 yaşı tamamlanacaq yarımmüdafiəçi dörd onillikdə qol vurmağı bacaran ilk oyunçu ünvanına sahib çıxıb. O, 1990-cı və 2000-ci illərdə "Qalatasaray"da (1996 - 2001: 14 qol), 2010-cu illərdə "Fənərbağça"da (2008 - 2012 və 2013 - 2015: 26 qol) və "Başakşehir"də (2015 - 2019: 11 qol) fərqlənmişdi.

Bu gün isə Belözoğlu XXXI turun "Gənclərbirliyi" ilə səfər qarşılaşmasında bərabərlik qoluna (1:1) imza ataraq, 2020-ci illərə damğasını vurub.

Türkiyə yığmasında ümumilikdə 101 oyuna 9 qol vuran Əmrə Superliqada 384 matçda 52 dəfə fərqlənib. O, habelə İtaliya "İnter"i (114 oyun, 5 qol), İngiltərə "Nyukasl"ı (82 oyun, 6 qol) və İspaniya "Atletiko"sunda (17 oyun, 2 qol) legioner həyatı yaşayıb.

Mənbə: axar.az