Rüfət Dadaşovun klubuna koronavirus şoku

Rüfət Dadaşovun klubuna koronavirus şoku

Yığmamızın futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Foneks Risinq" komandasının 3 üzvü koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, 3 oyunçudan 2-si xəstəliyi simptomsuz keçirir. Digərində isə yüngül əlamətlər müşahidə olunur.

Həmin futbolçular 10 günlük kənarlaşdırılıb və şənbə günü "Los Anceles Qelaksi II"yə qarşı oynamayacaqlar. Koronavirusa yoluxmuş oyunçuların adları açıqlanmayıb.

Mənbə: offsideplus.az